SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

BAKU.WS-in məlumatına görə, bu barədə “Report” qurumun internet səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixrac edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.

BAKU.WS