SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bizim bu ilə işğaldan azad olunmuş torpaqlara nəzərdə tutduğumuz investisiya 2,2 mlrd dollardır. Onun yarısı bölünüb, yarısı bölünməmiş olaraq qalır”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.

“Bunu hesablamaq çox çətindir, çünki görüləcək işlərin həcminə bağlıdır. Biz bu torpaqlara yeni gəlmişik və təbii ki, tam təhlil aparılmayıb. Tam təhlil aparılandan sonra dəqiq rəqəmlər ortaya çıxacaq. Şübhəsiz, bu, bir neçə milyard dollar vəsait tələb edəcək. Təsəvvür edin ki, 3 hava limanı inşa edirik, 100 kilmetlərlə dəmiryolu çəkməyə başlamışıq, minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm kəndlərarası, həm də şəhərlərarası hər yerə asfalt örtüyü çəkiləcək. Elektrik enerjisi ilə bağlı bu ilin sonuna qədər bütün layihələr icra ediləcək.

İçməli su və bununla bağlı işlər, əkinçilik işlərinin aparılması üçün, 1 milyon insanın oraya qaytarmaq üçün orada nə qədər inşaat işləri aparılmalıdır, məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları hesablamaq çətindir. Buna görə biz hər il üçün büdcə ayırdıq. 2,2 mlrd dollarlıq büdcə son rəqəm deyil. Görsək ki, bu il üçün bu rəqəm kifayət etmir, biz əlavə edərik. Çünki bizim Qarabağın bərpasından başqa önəmli işimiz qalmadı”, - deyə dövlət başçısı vurğulayıb.

BAKU.WS