SİZİN REKLAM BURADA!
055 213 76 73


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 62,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.

BAKU.WS