SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər mağazalarda qiymət artımı nəzərəçarpacaq dərəcədədir. İTV-nin əməkdaşları bu həftə marketlərdəki vəziyyəti araşdırarkən məlum olub ki, qiymət artımı daha çox qida məhsullarında özünü göstərir.

BAKU.WS xəbər verir ki, ekspertlər bunu daha çox pandemiya səbəbindən dünyada ərzağın bahalaşması ilə əlqələndirirlər.

Ölkə daxilində idxal ixracı üstüləyərsə, qiymət artımı qaçılmaz olur. Olan isə vətəndaşa olur. Onsuz da pandemiya şəraitində işsiz qalan, iş fəaliyyətinin bərpasını gözləyən və ya qazancı əvvəlki kimi olmayan vətəndaşın hansı qiymətə olursa-olsun bu zəruri məhsulları almaqdan başqa yolu qalmır.

BAKU.WS
VİDEO