SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın sonunadək Bolqarıstan Azərbaycandan təxminən 225 milyon kubmetr təbii qaz alacaq.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə "Bulqarqaz" şirkəti bildirib.

Qeyd olunub ki, qaz Yunanıstan sərdhədində hazırda mövcud olan Kula-Sidirokastro qaz kəməri ilə nəql olunacaq:

"Azərbaycan qazının bu marşrutla nəqli müvəqqəti xarakter daşıyır. Doqquz ay ərzində bu marşrutla 225 milyon kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir".

BAKU.WS