SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzil bazarında ötən ay nisbi aktivlik müşahidə olunub, ancaq bu aktivlik qiymətlərə təsir göstərməyib.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlər sabit qalıb: “İlkin mənzil bazarında qiymətlər sahibkarlar tərəfindən tənzimlənir və ona görə də bu sahədə qiymət dəyişməsi müşahidə olunmayıb”.

R.Osmanlı qeyd edib ki, təkrar mənzil bazarında isə bahalı, qiyməti təqribən 250 min manatdan bahalı olan mənzilərin qiymətində nisbi azalma müşahidə olunub ki, bu da mənzil bazarında orta qiymətə təsir göstərməyib.

Onun fikrincə, bütövlükdə mənzil bazarında vəziyyəti sabit qiymətləndirmək olar.

BAKU.WS