SİZİN REKLAM BURADA!
055 213 76 73


Növbəti ildə Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə daxil olacaq vəsait açıqlanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxilolması nəzərdə tutulur.

Bildirilib ki, Mərkəzi Bankın 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna uyğun olaraq 2020-ci ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

BAKU.WS