SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu (EPDK) arasında əməkdaşlıq Protokolu imzalanıb.

BAKU.WS AERA-ya istinadən xəbər verir ki, sənəd Azərbaycan və Türkiyə arasında enerji tənizmləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki qurum arasında bu gün keçirilən onlayn görüş zamanı imzalanıb.

Əməkdaşlıq Protokolunda elektrik enerjisi və təbii qaz təchizatı sahəsində dayanıqlı tənzimləmə bazasının yaradılması, enerji bazarının inkişafı üçün seminarlar, ikitərəfli görüşlər, təlimlər, mütəxəssis və təcrübə mübadiləsi, regional enerji bazarlarının yaradılması baxımından milli, regional və beynəlxalq qurumlarla əməkdaşlıq kimi məsələlərin həyata keçirilməsində AERA və Türkiyə Respublikasının Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə əməkdaşlıq öz əksini tapıb.

Həmçinin, sənəddə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumu ilə enerji tənzimləməsinin inkişafı sahəsində ikitərəfli məsləhətləşmələrin təşviqi və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

BAKU.WS