Serenay Sarıkaya İstanbul Baş Prokurorluğuna çağırıldı - SƏBƏB
Məşhur aktrisa Serenay Sarıkaya ifadə vermək üçün İstanbul Baş Prokurorluğuna çağırılıb.
BAKU.WS xəbər verir ki, o meneceri olan Ayşe Barım haqqında sosial şəbəkələrdə yer alan iddialarla bağlı keçirilən istintaq çərçivəsində dindiriləcək.
Bu barədə jurnalist Selahattin Günday məlumat yayıb.
"Serenay Sarıkaya ifadə verməyə çağırılıb. İstanbul Baş Prokurorluğu məşhurların meneceri Ayşe Barımla bağlı aparılan istintaqda aktrisa Serenay Sarıkayanın dindirilməsinə də yer verilib" - deyə jurnalist şəbəkə hesabında qeyd edib.
Məlumat üçün bildirək ki, Ayşe Barım Türkiyədə film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlib. O özünə qarşı əks fikirdə olan aktyorları sektordan uzaqlaşdırmaqda ittiham olunur.
Onun ölkədən çıxışına qadağa qoyulub.
Oxşar xəbərlər
Güllü cinayəti ilə bağlı etiraf: "Qızı öldürdüyü anasının cənazəsində "Oskar"lıq rol oyanyırdı"
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı aparılan məhkəmə prosesində hadisənin təfərrüatlarını dəyişə biləcək yeni səs yazısı ortaya çıxıb. Hadisə gecəsi mənzi...