Sankt-Peterburqda iri sənaye zonasında güclü YANĞIN

Sankt-Peterburqda iri sənaye zonasında güclü YANĞIN
Video
Dünya 6

Rusiyanın Sankt-Peterburq şəhərinin Kolpino rayonundakı sənaye zonasında genişmiqyaslı yanğın qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Alovun əhatə etdiyi ərazinin 80 min kvadratmetrdən çox olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla bağlı ilk siqnal Moskva vaxtı ilə saat 01:56-da daxil olub. Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.

Yanğına yüksək mürəkkəblik dərəcəsi verilib və alovun söndürülməsi üçün genişmiqyaslı qüvvələr səfərbər olunub. Əraziyə ümumilikdə 217 nəfər və 65 xüsusi texnika cəlb edilib. Onların arasında FHN-in 132 əməkdaşı və 42 texniki vasitəsi də var.

Hadisə zamanı sənaye zonasının yerləşdiyi ərazidən bir neçə kilometr uzaqda belə güclü tüstü və yanıq qoxusunun hiss edildiyi bildirilir.

Məlumata görə, yanğının baş verdiyi ərazidə müxtəlif logistika xidmətləri göstərən şirkətə məxsus anbar kompleksləri yerləşir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər