Rusiyanın 11 vilayətində 100-dən çox evi su basıb
Daşqın nəticəsində Rusiyanın 11 vilayətində 107 ev və 310 bağ sahəsi su altında qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, sel nəticəsində 48 körpü və yolların 39 hissəsi də su altında qalıb. Son 24 saat ərzində Rusiyanın vilayətlərində 21 yaşayış binası və 81 bağ evi, 209 təsərrüfat sahəsi, 8 körpü və 5 yol hissəsi sudan təmizlənib.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri pilotsuz uçuş aparatlarından istifadə etməklə profilaktik tədbirlər həyata keçirir və vəziyyətə nəzarət edir", - mətbuat xidməti qeyd edib.
Daşqın baş verən ərazilərdə əhaliyə ünvanlı yardım göstərilir. Qida və zəruri əşyaların çatdırılması təşkil edilir.
Oxşar xəbərlər
KİV: İran amerikalılara qarşı hücumlar hazırlayır
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər ölkələrdə amerikalılara qarşı hücumlar hazırladığı barədə məlumat əldə edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...