Rusiya Ukraynaya məxsus daha bir qırıcını vurub
10
mar
2025
14:35
Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin gündəlik hesabatında bildirilib ki, Ukrayna qırıcısı hava döyüşü zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bundan əlavə, gün ərzində 5 idarə olunan JDAM aviasiya bombası, 7 HIMARS yaylım atəş sistemi raketi, eləcə də 50 pilotsuz uçuş aparatı məhv edilib.
Oxşar xəbərlər
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görü...