İranın ali lideri minlərlə məhkumu əfv elədi
İranın ali lideri ayətullah Seyid Əli Xamenei minlərlə məhkumun taleyinə təsir edən qərar imzalayıb. O, müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv edilməsi, cəzalarının azaldılması və ya dəyişdirilməsi ilə bağlı müraciətə razılıq verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərar İran Ali Məhkəməsinin sədri Qulamrza Möhsün-Ejeinin təqdimatı əsasında qəbul olunub.
Təqdimata əsasən, ümumi və inqilab məhkəmələri, eləcə də silahlı qüvvələrin məhkəmə orqanları və cəzaçəkmə müəssisələrində saxlanılan 2108 məhkum əfv olunub və ya onların cəzaları yüngülləşdirilib.
Qeyd olunur ki, müraciət Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə hazırlanaraq ali rəhbərə təqdim edilib. Onun müraciəti təsdiqləməsi ilə minlərlə məhkum üçün yeni hüquqi mərhələ başlanıb.
Rəsmi mənbələr əfv olunan şəxslərin cinayət tərkibi və azadlığa buraxılma tarixləri ilə bağlı detalları açıqlamayıb.
Oxşar xəbərlər
Almaniyada göldə qızıl külçə tapan yeniyetmə 6 ay sonra sərvət sahibi olub
Almaniyanın Bavariya əyalətində 16 yaşlı qız göldə üzərkən təxminən yarım kiloqram ağırlığında qızıl külçə tapıb. Onun dəyəri 18 min 500 dollar civarında qiymət...