Bəşər Əsəd Moskvaya əvvəlcə pullarla dolu təyyarələri göndərib
16
dek
2024
09:48
Suriya Mərkəzi Bankı Bəşər Əsədin sədrliyi ilə Moskvaya bir neçə təyyarə ilə milyonlarla dollar və avro nağd pul göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) nəşri məxfi sənədlərə istinadən məlumat yayıb.
Həmin vaxt Suriyada ciddi valyuta qıtlığının olduğu iddia edilir. Bu məlumatı təsdiqləyən mənbənin sözlərinə görə, 2018-2019-cu illərdə ehtiyatlar "demək olar ki, sıfır" olub.
Buna baxmayaraq, Əsəd hökuməti Moskvaya iki ton 100 dollar və 500 avroluq əskinas göndərdi. Ümumilikdə bu pul 250 milyon dollara bərabər idi.
Oxşar xəbərlər
ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib
ABŞ ordusu İranın cənub bölgəsində yerləşən bir sıra hərbi hədəflərə hava zərbələri endirib. BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Mərkəzi...