Ayşə Barım məhkəməyə çıxarıldı

"Gezi Parkı" hadisələrinin təşkilatçılarından biri olmaqda ittiham edilən menecer Ayşə Barım məhkəməyə çıxarılıb.
BAKU.WS TRT haber-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Taksimdəki Gezi Parkı hadisələrinə qatıldığı iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində, "Türkiyə Cümhuriyyətinə qarşı çıxmaq və ya onun fəaliyyətini dayandırmağa cəhd göstərmək" ittihamı ilə saxlanılan Barım dindirilib.
Səhiyyə yoxlamasından keçən Barım, İstanbul Ədliyyəsinə aparılıb.
İstintaq zamanı, şübhəli Mehmet Ali Alaboranın başqa bir şəxslə apardığı telefon danışıqlarında, Gezi Parkı hadisələrində sənətçilərlə bəyannamə yayılması məsələsində müzakirələrin aparıldığı müəyyən olunub. Barımın Gezi Parkı hadisələrinin digər şübhəliləri Osman Kavala, Çiğdem Utku Mater və Mehmet Ali Alabora ilə sıx əlaqəsi olduğu bildirilib.
İstintaq çərçivəsində aktyorlar Halit Ergenç, Bergüzar Korel, Mehmet Günsür, Ceyda Düvenci, Nejat İşler, Rıza Kocaoğlu və Nehir Erdoğan "Şahid" qismində ifadə verib.

Oxşar xəbərlər
Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasa...