"Aliye"nin aktrisası bu serialla qayıdır
Bir zamanların sevilərək izlənilən "Aliye" serialının aktrisası Sanem Çelik uzun müddət fasilədən sonra ekranlara qayıdır.
BAKU.WS xəbər verir ki, aktrisa 4 ildən sonra "Leyla Hali" adlı serialda çəkiləcək. O ekran işində Qumru rolunu canlandıracaq.
Serialda gənc aktrisa Melis Sezen də yer alacaq. Sanem uşaqlar evində böyüən Melisin bibisi obrazında olacaq.
Xatırladaq ki, Sanem bu günə qədər "Kara Melek", "Kör Talih", "Canım Kocacım", "Günahım Neydi Allah'ım", "Güldünya" kimi seriallarda da rol alıb.
Aktrisa "Aliye" serialı ilə məşhurluğun zirvəsinə yüksəlib. Ekran işi 2004-2006-cı illərdə yayımlanıb.
Qalereya
Oxşar xəbərlər
Baydenin səhhəti ilə bağlı yeni detallar açıqlandı
ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, 83 yaşlı siyasətçi metastatik xərçəngə qarşı müalicəsini davam et...