Afrika qitəsi parçalanır, yeni okean YARANIR

Afrika qitəsi parçalanır, yeni okean YARANIR
Dünya 250

Alimlər Afrika qitəsinin şərq hissəsində parçalanma prosesinin gözləniləndən daha sürətlə getdiyini açıqlayıblar.

BAKU.WS Kolumbiya Universitetinin yer alimi Kristian Rouen dediklərinə istinadən xəbər verir ki, Şərqi Afrikadakı yer qabığı nəzərdə tutulduğundan daha çox nazilib və qitənin yarılma prosesi kritik mərhələyə çatıb.

Araşdırmaya əsasən, Turkana yarığı boyunca aparılan seysmik ölçmələr yer qabığının bəzi nöqtələrdə 13 kilometrə qədər incəldiyini göstərib. Mütəxəssislər qeyd edirlər ki, qalınlığın 15 kilometrdən aşağı düşməsi qitənin ayrılmasının qaçılmaz mərhələyə keçdiyini göstərir.

Alimlərin fikrincə, növbəti mərhələdə maqma səthə çıxaraq yeni dəniz dibi formalaşdıracaq. Daha sonra Hind okeanının suları bu ərazini dolduracaq və nəticədə Afrika iki tektonik hissəyə - Nubiya və Somali plitələrinə ayrılacaq.

Nature Communications jurnalında dərc olunan tədqiqat bu prosesin bir neçə milyon il ərzində yeni okeanın yaranmasına səbəb ola biləcəyini göstərir.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik Yer kürəsinin geoloji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Apple gizli təqdimata hazırlaşır: Sensor ekranlı MacBook Pro gəlir

Apple gizli təqdimata hazırlaşır: Sensor ekranlı MacBook Pro gəlir

"Apple" şirkətinin oktyabrın 27-də yeni məhsullarını təqdim edəcəyi gözlənilir. Tədbirdə sensorlu OLED ekranla təchiz olunmuş yeni nəsil "MacBook Pro" noutbukun...

29 Dünya 11:38 16 oktyabr 2026

Son xəbərlər