ABŞ-də Si Cinpinin gələcək varisini hazırladığı iddia edilir

Çin Xalq Respublikasının sədri Si Cinpinin yüksək vəzifələrə etdiyi yeni təyinatlar gələcəkdə onu əvəz edəcək varisin hazırlanmasına işarə edir.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Çində rəhbər vəzifələrin təxminən beşdə biri bu il yenilənəcək və yerinə 1970-ci illərdə doğulmuş yeni nəsil məmurlar gətiriləcək. Proqnozlara əsasən, 2030-cu illərə qədər bu şəxslərin əksəriyyəti karyeralarının zirvə nöqtəsinə çatacaq. Bu, varisin həmin şəxslər arasından seçilə biləcəyini göstərir.
Məqalədə diqqətə çatdırılır ki, Si Cinpinin mümkün varislərindən biri olaraq Çjetszyan bölgəsinin qubernatoru, ən gənc regional rəhbər Liu Cie-nin adı önə çıxır.
Oxşar xəbərlər
Bayden ABŞ prezidentləri arasında ən çox istirahət edən lider olub
ABŞ-nin sabiq prezidenti Co Bayden prezidentlik müddətinin 39%-ni istirahətdə keçirib. BAKU.WS xəbər verir ki, bu barədə New York Post qəzeti yazıb. Məlumata g...
