SİZİN REKLAM BURADA!
055 213 76 73


“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra “Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.

S.Makkenzi siyahıda “L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü “Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb.

BAKU.WS