SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə stansiyanın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.

Beləliklə stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə - 2020-ci il sentyabrn 3-dək işləməyəcək.

BAKU.WS