SİZİN REKLAM BURADA!
055 213 76 73


Ənənəvi olaraq mayın 9-da keçirilən, lakin pandemiya ilə əlaqədar 24 iyun tarixinə təxirə salınan Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı başlayıb.

BAKU.WS xəbər verir ki, parad ənənəvi olaraq Rusiyanın paytaxtı Moskva şəhərindəki Qızıl meydanda keçirilir.

Budəfəki mərasim digərlərindən daha genişmiqyaslı olacaq. Belə ki, tədbirin ötən paradlardan 30 dəqiqə daha uzun sürəcəyi gözlənilir. Paradda 13 mindən çox hərbi qulluqçu, 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir.

Paradda 10 ölkə rəhbəri - Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Milorad Dodik, Serbiya prezidenti Aleksandr Vuçiç, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edir.

Mərasimdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mərasimə qonaq qismində qatılıb. Paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edir. Tədbirdə hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Tanınmayan Abxaziya və Cənubi Osetiya respublikalarının rəhbərləri də parada qatılıb.

Qeyd edək ki, tədbirin keçirilməsi üçün iyunun 24-ü təsadüfi seçilməyib. Çünki 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində qələbə ilk dəfə 1945-ci il iyunun 24-də Moskvanın Qırmızı Meydanında hərbi paradla bayram edilmişdi. Həmin gün paradı Ali Baş Komandanın müavini, 1-ci Belarus cəbhəsinin komandanı Sovet İttifaqı marşalı Georgi Jukov qəbul edirdi. Paradın komandiri isə 2-ci Belarus cəbhəsinin komandanı Sovet İttifaqı marşalı Konstantin Rokossovski idi.

BAKU.WS
VİDEO