SİZİN REKLAM BURADA!
055 213 76 73


“Survivor 2020” yarışmasının çəkildiyi Dominikan Respublikasında olan TV8 kanalının sahibi və yarışmanın aparıcısı Acun Ilıcalı, eyni zamanda texniki heyət və iştirakçılar xüsusi təyyarə ilə 14 mayda Türkiyəyə aparılacaq.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Acun daxil olmaqla ümumilikdə 110 nəfər yarışın keçirildiyi bölgədən çıxarılacaqlar.

Təyyarədə isə ümumilikdə 250 nəfər aparılacaq.

Acun və komandası İstanbulda, digər 140 nəfər isə Təkirdağda 14 günlük karantinə alınacaqlar. Onlarda virus əlamətləri aşkarlanmasa, evə buraxılacaqlar.

Qeyd edək ki, yarışmada iştirakını dayandıran yarışmaçılar koronavirusa görə təyyarə reyslərinin dayandırılması səbəbindən hələ də Dominikan Respublikasındadırlar. Aralarında azərbaycanlı idmançı Pərviz Abdullayevin olduğu bir neçə şəxs yarışmanın davam etdiyi adadan fərqli bir məkanda istirahət edirlər.

BAKU.WS
VİDEO