SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistan kinosunun məşhur siması Əmir Xan koronavirus pandemiyası zamanı kasıb insanlara misli görünməmiş yardım kampaniyası həyata keçirib.

BAKU.WS xəbər verir ki, Bollivud ulduzu əvvəlcə adambaşı 1 kq un paylayacağı barədə elan verib.

Yardımın miqdarı az olduğundan buna çox insan maraq göstərməyib. Amma bunu almaq üçün gələnlər də olub.

Əmir Xanın istədiyi bu olub ki, yardım üçün həddən artıq ehtiyaclı insanlar müraciət etsin. Beləliklə, 1 kq-lıq un paketi üçün müraciət edənlər içində əlavə 15 min rupi (333 AZN) olduğunu da görüblər.

Hindistanlı aktyorun kasıb insanlara etdiyi bu yardım dünyada böyük marağa səbəb olub. 

BAKU.WS