SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən baş nazirin müavini vəzifəsinə təklif alan Mixail Saakaşvili planları haqqında açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "Ukrayna 24" kanalına danışıb.

Siyasətçi söz verib ki, Petro Poroşenkonun prezidentliyi dövründə etdiyi hərəkəti təkrarlamayacaq. Qubernator vəzifəsini icra edərkən özü ilə gürcüləri gətirsə də, bu dəfə fərqli addım atacaq:

“Düşünürəm ki, burada həyatda öz yerlərini və rollarını tapmaq üçün kifayət qədər ukraynalı var. Bu yaşdan sonra şou göstərmək niyyətində deyiləm. Zelenski ilə bir müddətdən sonra aramın pozulacağına ümid edənlər bunu gözləməsin. Mən ona hücum etməyəcəm".

BAKU.WS