Türkiyədə koronavirusdan ilk ölüm baş verdi - yoluxanların sayı artır - VİDEO

18
mar
2020
08:43
Türkiyədə koronavirus (COVID-19) infeksiyası səbəbindən ilk ölüm faktı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ötən gün mətbuata açıqlamasında bildirib.
Nazir əlavə edib ki, virusdan dünyasını dəyişən şəxsin 89 yaşı olub. Həmin şəxs bu xəstəliyə Çin əsilli işçisindən yoluxub.
Qeyd edək ki, Türkiyədə son rəqəmlərə əsasən, virus daşıyıcısı kimi karantində müalicə olunanların sayı 51 nəfər artaraq 98-ə çatıb.
Oxşar xəbərlər
COVID-19-a yoluxan və sağalanların sayı - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 182 min 406 nəfərdən 79 min 433 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...
