SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda koronavirus epidemiyasına yoluxanlar arasında ölkənin birinci vitse-prezidenti İsaq Cahangiri də var. 

BAKU.WS xəbər verir ki, bu barədə “əl-Ərəbiyə" telekanalı məlumat yayıb. 

Məlumata görə, İranın vitse-prezidenti ailəsi ilə birgə evdə karantin altındadır.

"İRNA" agentliyi xəbər verir ki, bu günə kimi İran ərazisində 2922 nəfər koronavirusa yoluxub ki, onlardan da yalnız 92 nəfər həyatını itirib. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi və 23 deputat koronavirusa yoluxub.

BAKU.WS