SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində ortaya çıxan koronavirus epidemiyası səbəbilə İndoneziyaya təxliyə edilən insanlar hava limanında qarşılanıblar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya koronavirus (2019-nCoV) səbəbindən Çinin Uhan şəhərindən vətəndaşlarını ölkəyə xüsusi təyyarə ilə təxliyə edib.

Onları hava limanında İndoneziyanın tibbi heyəti qarşılayıb.

İnsanlar təyyarədən enən kimi onları dezinfeksiya etməyə başlayıblar.

Bu anlar həvəskar kameralar tərəfindən qeydə alınıb və sonradan sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntülər dünya mətbuatına və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bu kadrları təqdim edirik.

Xatırladaq ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 14 min 411 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.

BAKU.WS
VİDEO