SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya üzrə narkotik satışının böyük hissəsini təmin edən və ən çox narkotacirin olduğu ölkələrdən biri olan Meksikada 2006-cı ildən bəri qeydə alınan dəhşətli statistika açıqlanıb.

BAKU.WS “Sabah” qəzetinə istinadən xəbər verir ki, həmn ildən bu günə qədər nakotacirlər arasındakı qarşıdurmalarda 60 mindən çox insan itkin düşüb.

Onların 53 faizi 15-35 yaş aralığından olanlardır. Bundan başqa, itkin düşənləri 74 faizi kişi, 26 faizi qadındır.

Məlumata görə, ötən il Meksikada 31 min insan öldürülüb.

Qeyd edək ki, Meksikada 2006-cı ildən etibarən narkotacirlərə qarşı genişmiqyaslı mübarizə aparılır.

BAKU.WS