SİZİN REKLAM BURADA!
055 213 76 73


İran generalı Qasım Süleymaninin Bağddada sui-qəsd nəticəsində öldürülməsindən sonra İran və ABŞ arasında gərginlik pik həddə çatıb.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, İran rəsmilərinin intiqam alınacağını bildirməsindən sonra Cəmkəran məscidinin qübbəsinə İNTİQAM və DÖYÜŞ mənasını verən qırmızı bayraq çəkilib.

Ardınca isə Bağdaddan yeni xəbərlər yayılmağa başlayıb. Belə ki, axşam saatlarında ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlarına və Səlahəddin vilayətindəki Bələd hərbi bazasına raket zərbələri endirilib.

***

"Report"un məlumatına görə, Bağdadın diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl zona”sının minaatanlardan atəşə tutulması nəticəsində 5 nəfər xəsarət alıb.

Partlayışla əlaqədar ABŞ səfirliyinin binasına aparan yol bağlanıb.

BAKU.WS
VİDEO