SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqın paytaxtı Bağdadın Təhrir meydanında terror aktı törədilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terakt nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, partlayış avtomobilə qoyulmuş bombanın işə salınması nəticəsində baş verib.

Qeyd edək ki, Təhrir meydanı son zamanlar kütləvi aksiyaların keçirildiyi əsas yerlərdən biridir.
BAKU.WS