SİZİN REKLAM BURADA!
055 213 76 73


22 oktyabrda Türkiyə və Rusiya arasında əldə edilən razılaşmaya əsasən YPG/PYD terrorçularının Türkiyə-Suriya sərhəddindən 30 km uzaqlaşması üçün verilən 150 saatlıq vaxt bu gün Bakı vaxtı ilə 19:00-da bitəcək.

BAKU.WS “Türkiye gazetesi”nə istinadən xəbər verir ki, Türkiyə hərbiçiləri terrorçuların bölgəni tərk edib-etmədiyini dəqiqləşdirmək üçün hazırda yoxlanış aparırlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha öncə açıqlamışdı ki, terorrçular bölgəsini tərk etməsə əməliyyatlar davam etdiriləcək.
Qeyd edək ki, Rusiya ilə əldə edilən razılaşma çərçivəsində Türkiyə və Rusiyanın hərbi polisləri 10 km-lik məsafədə birgə patrul xidməti aparacaqlar.

Bundan sonra yerindən didərgin düşmüş suriyalıların öz torpaqlarına qaytarılması üçün işlər görüləcək.

Fərid ƏDALƏT
BAKU.WS