SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə efiopiyalı gəncin polis tərəfindən güllələnməsindən sonra minlərlə insan küçələrə axışaraq etiraz akiyası keçirib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt Təl-Əvivdə etirazçılar əsas yolları bağlayıblar, avtomobilləri yandırıblar.

Etirazçılarla polislər arasında çıxan qarşıdurmalarda 47 polis əməkdaşı xəsarət alıb, 60 etirazçı isə saxlanılıb.

Qeyd edək ki, bazar günü Kiryat Haim şəhərində 19 yaşlı efiopiya əsilli İsrail vətəndaşı Solom Tekah bir polis tərəfindən öldürülüb.

İsraildə ümumilikdə 140 mindən çox efiopiyalı yəhudi yaşayır. “Falaş” adlandırılan efiopiyalı yəhudilərlə İsrail polisləri arasında tez-tez qarşıdurmalar yaşanır.
BAKU.WS
QALEREYA