SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına üç il ərzində respublikada vizasız qalmağa icazə verib.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın hüquq portalında dərc olunan hökumətin müvafiq qərarında deyilir.

Sənəddə deyilir: “Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və üç il qalmaq hüququ var.

Mətndə həmçinin qeyd olunur ki, qətnamə “2024-cü il fevralın 24-dən sonra yaranan hüquq münasibətlərinə” şamil ediləcək.

2023-cü ilin fevralında Gürcüstan hökuməti ukraynalıların respublikada iki il vizasız qalmasına icazə vermək qərarına gəlib.

BAKU.WS