SİZİN REKLAM BURADA!
055 213 76 73


Son bir neçə ildir aktyorluq fəaliyyətini İtaliyada davam etdirən Can Yamanın “Sandokan” serialının çəkilişləri başlayıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor aylardır ekran işinə çəkilmək üçün məşq edir.

Bir neçə dəfə onun məşq zamanı çəkilən fotoları yayılıb. Romada başlayan çəkilişlərdən Canın tərəf müqabili britaniyalı aktrisa Alanah Blur olacaq.

O serialda "Marianna" roluna həyat verəcək. Aktrisa ekran işində iştirak etdiyi üçün sevincli olduğunu bildirib.

Alanah belə bir bacarıqlı heyətlə çalışmaqdan məmnunluq duyduğunu bildirib. Serialda Ed Vestvick, Con Hanna, Mark Qrosi kimi aktyorlar da yer alacaqlar.

BAKU.WS