SİZİN REKLAM BURADA!
055 213 76 73


Domodedovo hava limanında polis 700 min rubl dəyərində (12 min 780 AZN) olan üzüyün oğurlanmasının üstünü açıb.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Moskva sakini polisə müraciət edərək ailəsi ilə birlikdə BƏƏ-dən uçduğunu və oradan bahalı brend üzük aldığını bildirib. Evdə qutuya baxıb və yerində olmadığını görüb.

Polis oğurluqda şübhəli bilinən şəxsi müəyyən edərək onu saxlayıb. Onun Moskva vilayətinin 38 yaşlı sakini, hava limanında baqaj arabalarının operatoru olduğu üzə çıxıb. O, zərərçəkənin çamadanlarını daşıdığını və üzüyünün düşdüyünü görüb. İşçi tapıntı barədə heç kimə deməmək qərarına gəlib və onu özü üçün götürüb.

BAKU.WS