SİZİN REKLAM BURADA!
055 213 76 73


Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid tarixi birja binası bu gün səhər saatlarında naməlum səbəbdən alovlara təslim olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, tarixi binanın simvolik qülləsi aşıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Bildirilib ki, onlar hələ də alovla mübarizə aparırlar.

Binadakı insanlar yanğından xilas olmağa çalışarkən içəridəki bəzi tarixi rəsmləri də çıxarıblar. Danimarka mediası yanğın səbəbindən binanın yaxınlığındakı meydanın da boşaldıldığını yazıb.

BAKU.WS
VİDEO

QALEREYA