SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə xilasediciləri Antalyada kanat yolunda qəza zamanı ilişib qalanların hamısını təxliyə ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

Yerlikaya xilasetmə əməliyyatının tamamlandığını vurğulayıb.

***16:17

Türkiyənin Antalya şəhərində 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı kanat qəzası anı mobil telefon kamerasına düşüb.

BAKU.WS xəbər verir ki, videoda kabinədən mənzərəni seyr edərkən həmin anları lentə alan gənc qızın qəza zamanı yaşadığı panika əks olunub. Sğzügedən görüntüləri təqdim edirik:

***09:45

Türkiyınin Antalya şəhərində kanat faciəsi qeydə alınıb.

BAKU.WS Türkiyə KİV-ə isitnadən xəbər verir ki, hadisəyə səbəb kanat dirəklərindən birinin naməlum səbəbdən aşması olub.

Aşan dirəyə dəyərək parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb.

Ətrafdakıların xəbəri ilə əraziyə yanğınsöndürmə, polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Bölgəyə gələn qruplar Memiş Gümüşün (54 yaş) həyatını itirdiyini, Özlem Şahin, Kaan Akgün, Fatih Gümüş, Keziban Çapar Gümüş, Lütfullah Kərim Gümüş, Herdem Eyüpoğlu və Qırğızıstan əsilli Akmaral Abdyldaevanın yaralandığını müəyyən ediblər.

Ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.

"Asılı vəziyyətdə olan 15 kabinədəki 98 nəfər müvəffəqiyyətlə təxliyyə edilib. AFAD, jandarma, polis və əsgərlər və yanğınsöndürmə briqadasından ibarət 543 axtarış-xilasetmə personalı, o cümlədən 7 helikopter, 1 hərbi yük təyyarəsi, 108 maşın və 6 təcili yardım və pilotsuz təyyarələr bölgəyə cəlb edilib”.

Hazırda kanat yolunda qalmış insanların xilas edilməsi əməliyyatı davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA