SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Maria" kilsəsində baş verən silahlı insidentlə bağlı daha 30 nəfər tutulub.

BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yayıb.

"İstanbulda "Santa Maria" kilsəsində baş verən silahlı hücum hadisənini cinayətkarları bağlantısı olan və münaqişə zonaları ilə əlaqəli olan şəxslər başda olmaqla İŞİD terror təşkilatına qarşı təşkil olunan "BOZDOĞAN-21" əməliyyatlar zamanı 48 şübhəli yaxalanıb."

Nazir qeyd edib ki, saxlanılanlardan 30-u kilsəyə hücumla bağlı şəxslərdir.

Qeyd edək ki, yanvarın 28-də Türkiyənin İstanbul şəhərində italyan kilsəsi "Santa Maria"ya silahlı hücum olmuşdu.

BAKU.WS