SİZİN REKLAM BURADA!
055 213 76 73


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hava çirkliliyi ilə bağlı apardığı yeni araşdırmanın nəticələri açıqlayıb.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, araşdırmalar zamanı dünyanın sadəcə 7 ölkəsinin keyfiyyətli hava standartlarına cavab verdiyi məlum olub.

Bu tədqiqatı həyata keçirən İsviçrənin "IQAir" adlı qurumundan bildirilib ki, bir çox insanın sağlamlığı üçün böyük təhlükə olan PM2.5 molekulyar hissəcikləri normaldan çoxdur. 

 Araşdırmaların aparıldığı 134 ölkənin 7-si keyfiyyətli hava standartlarına cavab verib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd edilib ki, bu ölkələrdə avtomobil, yük maşınları və sənaye müəssisələrinin havaya buraxdığı çirkli hava zərrəcikləri normadadır.

Bunlar Avstraliya, Estoniya, Finlandiya, Qranada İslandiya Mauritius və Yeni Zelandiyadır.

O da qeyd edilib ki, Pakistan, Hindistan, Tacikistan, Burkina Faso dünyanın havası ən çirkli ölkələridir.

Çirkli hava səbəbilə hər il dünyada 7 milyon insan vəfat edir. 

BAKU.WS