SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin may ayında Çinə rəsmi səfər edəcək.

Bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb. 

Agentliyin məlumatına görə, Rusiya və Çin liderləri arasında görüş Si Cinpinin Fransaya səfərindən əvvəl baş tutacaq.

Gözlənilir ki, səfər zamanı Rusiya və Çin dövlət başçıları arasında müxtəlif sahələrdə - iqtisadiyyat və ticarətdən tutmuş siyasət və mədəniyyətə qədər əməkdaşlığa təsir edən geniş spektrli məsələlər müzakirə olunacaq.

BAKU.WS