SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC prezidenti Dana Uayt Rusiya prezidenti Vladimir Putinin təşkilatın keçmiş yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova hədiyyəsindən danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat “Games With Names” yutub kanalında yer alıb.

Uayt deyib ki, Putin idmançıya və atasına Rusiyada 20 milyon dollar dəyərində daşınmaz əmlak verib.

“Həbib bu şöhrət səviyyəsinə çatanda biz onunla Konor Makqreqorla danışırmış kimi danışdıq” deyə UFC rəhbəri vurğulayıb.

2019-cu ilin noyabrında Nurməhəmmədov Putinlə görüşlərindən danışıb. Döyüşçü öyrənib ki, Rusiya prezidenti idman etməklə və sağlam həyat tərzi keçirməklə həyatın çılğın tempi və stresin öhdəsindən gəlir.

Xatırladaq ki, Nurməhəmmədov 2020-ci ildə karyerasını bitirib. O, 2018-ci ildə yüngül çəkidə UFC çempionu titulunu qazanıb və idmandan getdiyini elan etməzdən əvvəl onu üç dəfə Konor Makqreqor, Dastin Poire və Castin Qeytjiyə qarşı müdafiə edib.

BAKU.WS