SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün əvvəl insult keçirən türkiyəli aktyor Settar Tanrıöğen bir daha əməliyyat olunub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gün 1 saatdan çox davam edən əməliyyat zamanı aktyorun beyninə yığılan maye götürülüb.

Onun  hazırda rol aldığı "Kızılcık şerbeti" serialının çəkiliş meydanına nə vaxt qayıdacağı isə hələ ki, bilinmir.

Məlumat üçün bildirək ki, üç gün əvvəl Settar Tanrıöğen insult keçirib. O dərhal xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Bu barədə model Ebru Destan məlumat yayıb.

Uzun müddətdir ki, aktyorun yaddaşı tez-tez itir. Aparılan analizlər nəticəsində onun beynindəki damarların qanadığı aşkar edilir.

Xatırladaq ki, Settar Tanrıöğen bundan əvvəl "Kızılcık Şerbeti"nin çəkilişi zamanı infarkt keçirmişdi. O serialda Abdullah obrazını canlandırır.

BAKU.WS