SİZİN REKLAM BURADA!
055 213 76 73


Dominikan polisi "Survivor All Star 2024" yarışmasına basqın edərək orada əməliyyat keçirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışmanın aparıcısı Acun Ilıcalı bildirib.

O "Survivor All Star 2024"ün yeni yayımlanan fraqmanında Dominikan polisinin "Survivor"ın keçirildiyi əraziyə hücum etdiyini, hətta bir neçə əməkdaşın nəzarətə götürlüdüyünü deyib:

"Bu yaşıma gəldim, belə bir şey yaşamadım. Mənə zəng etdilər. Dedilər ki, Dominikan polisi "Survivor"da əməliyyat keçirib, bizim əməkdaşları aparıblar".

Ilıcalının gözlənilməz açıqlaması bütün iştirakçıların təəccübünə səbəb olub.

BAKU.WS sözügedən kadrları təqdim edir:

BAKU.WS
VİDEO

QALEREYA