SİZİN REKLAM BURADA!
055 213 76 73


"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

BAKU.WS-in xarici mətbuata istinadən xəbərinə görə, iş adamı bildirib ki, üç illik təsadüfi testlərdən sonra onun bədənində qadağan olunmuş maddələrin və alkoqolun izləri aşkar edilməyib.

Xatırladaq ki, yanvarın 7-də "The Wall Street Journal" yazıb ki, "Tesla" və "SpaceX" direktorlar şuraları hesab edir ki, bu şirkətlərin sahibi İlon Mask narkotik vasitələrdən istifadə edir və bu hal onun aktivlərinin taleyinə təsir edə bilər.

BAKU.WS