SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-li sahibkar, "Tesla", "SpaceX" şirkətlərinin və "Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-nin Texas ştatının paytaxtı Ostin şəhərinin yaxınlığında yeni aldığı torpaqda öz şəhərini salmağı planlaşdırır.

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, Mask və onun şirkətlərinin işçiləri sahibkarın ideyasını əməkdaşların işləyə və yaşaya biləcəyi Kolorado çayı boyunca bir növ Texas utopiyası kimi təsvir ediblər.

Mənbənin məlumatına görə, şəhər Maskın Texasda tikilən "SpaceX" və "Boring" şirkətlərinə bitişik olacaq.

Artıq ərazidə bir qrup modul tipli evlər, hovuz, açıq idman meydançası və idman zalı tikilib.

Bildirilir ki, Texas qanunvericiliyinə görə, bir şəhər yalnız ən azı 201 sakini olduqda qeydiyyata alına bilər. Nəzərdə tutulan Maskın şəhərinin salındığı Bastrop dairəsinin nümayəndəsi bildirib ki, administrasiya nə sahibkardan, nə də onun təşkilatlarından açıqlama alıb.

BAKU.WS