SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktrisa Ayla Alqan vəfat edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 86 yaşında dünyasını dəyişib.

Məlumata görə, Alqan evdə ssenari oxuyarkən qəfildən pisləşib.

Yaxınlarının çağırdığı təcili yardımla xəstəxanaya aparılan və beyninə qan sızdığı bildirilən Alqanın həyatını müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sənətçi "Kurtlar Vadisi Pusu", "Aliye", "Bin bir gece"  və s kimi bir çox seriallarda rol alıb.

BAKU.WS
QALEREYA