SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaratdığı vibrasiya ilə mədədə toxluq hissi yaradan həb icad edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, donuzlarda aparılan araşdırmaların nəticələrinə görə, həb qidanın mövcudluğunu simulyasiya edərək toxluq hissi yaradır.

Alimlərin hazırladığı həb asanlıqla arıqlamaq istəyənlərin arzusunu reallaşdıra bilər. Bu həb yaratdığı vibrasiya ilə mədə reseptorlarını aktivləşdirir, toxluq hissi verir.

Donuzlar üzərində aparılan araşdırmanın nəticələri paylaşılıb. Yeməkdən yarım saat əvvəl titrəmə həbləri verilən donuzların həb verilməyənlərə nisbətən yüzdə 40 daha az yemək yediyi müşahidə edilib.

Tədqiqatlar göstərir ki, vibrasiya mədədə uzanan reseptorları aktivləşdirərək qidanın mövcudluğunu simulyasiya edir. Alimlərin fikrincə, həbi yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək yeməkdən əvvəl toxluq hissi yaradır.

Udulmuş kapsulun daxilindəki batareya sayəsində işə düşən vibrasiya mədədə toxluq hissi yaradacaq. Alimlər bildirirlər ki, bu akkumulyator heç bir problem olmadan tualetə gedərək çıxarıla bilər. Onlar həmçinin əlavə edirlər ki, böyük vitamin ölçüsündə olan həb əməliyyatsız və asan yolla arıqlamaq üçün effektiv müalicə olacaq.

BAKU.WS