SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin HƏMAS təşkilatı ilə İsrail arasında 4 günlük atəşkəs və əsir mübadiləsi mövzusunda razılaşma əldə olunub. 

BAKU.WS xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, HƏMAS 50 israillini, Təl-Əviv isə 150 fələstinli məhbusu azad edəcək. 

Bundn əlavə 4 günlük atəşkəslə yanaşı, humanitar yardım daşıyan yüzlərlə TIR-ın Qəzzaya daxil olmasına da şərait yaradılacaq.

İsrail hökumətinin mətbuat xidməti əsir mübadiləsi ilə bağlı yazılı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, tərəflər arasında əsirlərin qaytarılması bu gecə baş tutacaq. Eyni zamanda 4 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq.

HƏMAS-ın verdiyi yazılı açıqlamada Qətər və Misirin vasitəçiliyi ilə uzun sürən danışıqlar prosesi nəticəsində İsraillə müvəqqəti atəşkəs razılaşmasının əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, İsrail həbsxanalarında olan 150 fələstinli 50 israilli məhbus müqabilində azad ediləcək və bunlar hər iki tərəfdən 19 yaşından kiçik qadın və uşaqlardan ibarət olacaq.

Razılaşmaya əsasən, atəşkəs 4 gün davam edəcək və humanitar yardım, eləcə də yanacaq daşıyan yüzlərlə yük maşınını Qəzza zolağına daxil olacaq, yanacaq və yardımlar istisnasız olaraq Qəzza zolağının hər bölgəsinə daşınacaq.

Bundan əlavə, bəyanatda atəşkəs dövründə Qəzza zolağının cənubunda bütün gün, şimalında isə sutkada 6 saat saat 10:00-16:00 arasında havadan fəaliyyət dayandırılacaq və İsrail qüvvələri bu tələblərə əməl edəcək.

BAKU.WS