SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan "Yalı Çapkını"nın aktrisası Afra Saraçoğlu başqa evə köçüb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, tez-tez şəxsi həyatı ilə gündəmə gələn Afra Kadıköy ərazisindəki Bağdat küçəsində yerləşən mənzilindən Beşiktaşın Bebek bölgəsindəki bir evə köçüb.

Saraçoğlu çəkiliş meydanında çoxlu vaxt keçirdiyindən bu qərara gəlib. Uzun çəkiliş saatları onu mənzilini dəyişmək vadar edib.

Qeyd edək ki, "Yalı Çapkını"nında Afranın tərəf müqabili həmkarı Mert Ramazan Demirdir. Gah küsən, gah da barışan cütlük real həyatda eşq yaşayır. 

 

BAKU.WS