SİZİN REKLAM BURADA!
055 213 76 73


"CZN Burak" ləqəbi ilə tanınan türkiyəli fenomen Muhammed Burak Özdemir və atası İsmail Özdemirin məhkəməsi baş tutub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, icazəsiz tikinti apardıqları iddiası ilə hər biri üçün 5 ilə qədər həbs cəzası tələb edilir.

İstanbul Asliye Cəza Məhkəməsində keçirilən prosesdə həbssiz müttəhim Muhammed Burak Özdemir və vəkilləri iştirak edib.

İclasda müdafiə çıxışı edən Burak məsələ ilə əlaqəsinin olmadığını, hər şeylə atasının məşğul olduğunu deyib:

O, tikintiyə başladığını və bütün icazələri aldığını söylədi. Təmirlə bağlı heç bir tədbir görməmişəm. Mən Atamın Mədəni Tikililərin Mühafizə İdarəsindən icazə alıb-almadığını bilmirəm, lazımi icazələri aldığını söyləmişdi. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm, bəraət tələb edirəm”.

Müvəqqəti qərarını elan edən məhkəmə çatışmayan məsələlərin həllinə göstəriş verərək iclası təxirə salıb.

Daha sonra məhkəmə zalının qarşısında açıqlama verən Özdemir bu fikirləri səsləndirib:

“Restoranımızın tikintisi ilə bağlı ifadəmizi verdik. Restoranın yanındakı binada yaşayan şəxs şikayət edibmiş. O, binada tikinti aparıldıöını deyib.  Ancaq orada sadəcə təmir işləri aparılırdı. Biz də ifadəmizi verib gedirik”.

BAKU.WS
VİDEO